"Sabah"dan gözlənilməz məğlubiyyət

8 Aprel 2023 21:09

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir görüşü keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Sabah" "Səbail"in qonağı olub. Görüş "dənizçilər"in qələbəsi ilə başa çatıb - 2:1.

Bu nəticə ilə xallarını 21-ə çatdıran "Səbail" son pillədən xilas olaraq 9-cu yerə yüksəlib. 65 xalı olan "Sabah" isə 2-ci sıradakı mövqeyini qoruyub.

Günün ikinci matçında "Neftçi" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşır.

Milli.Az