28 yaşlı azərbaycanlı qadın müğənni QƏFİL VƏFAT ETDİ - FOTO

8 Aprel 2023 20:22

Gənc müğənni Jalə Əliqi vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran sosial media hesabında yazıb. Bildirilib ki, ifaçı bu gün dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, H.Nuran axşam.az-a açıqlamasında 28 yaşlı müğənninin qəflətən vəfat etdiyini bildirib:

"Bir müddət əvvəl səhhətində problem yaranmışdı. Türkiyəyə müalicəyə aparıblar. Qayıdıb gəlmişdi. Qəfildən dünyasını dəyişib".

Qeyd edək ki, Jalə 1994-cü ildə Naxçıvanda dünyaya gəlib.

Milli.Az