Su quyusunda 9 yaşlı qız meyiti tapıldı, ev yandı - FOTO

8 Aprel 2023 19:04

Türkiyədə həyətindəki su quyusundan azyaşlı qız meyiti tapılan ev yanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Kilis şəhərində Oxçular məhəlləsində baş verib. Həyətindəki su quyusunda 9 yaşlı suriyalı Gina Mercimekin meyiti tapılan ikimərtəbəli evin birinci mərtəbəsi yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Araşdırma zamanı evdə heç kimin olmadığı müəyyənləşib.

Milli.Az