Gədəbəydə FACİƏ: evdən ər və arvadın meyitləri aşkarlandı

8 Aprel 2023 10:00

Gədəbəydə ər-arvad dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri Moruxlu kəndindəki evlərində aşkar edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az