Premyer Liqaya vəsiqəni təmin etdilər

8 Aprel 2023 07:46

2022/23 mövsümdən Çempionşipdən İngiltərə Premyer Liqasına vəsiqəni təmin edən ilk komanda müəyyənləşib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu, "Bernli" klubudur. 

Vinsent Kompaninin komandası 40-cı turda səfərdə "Midlsbro"ya 2:1 hesabı ilə qalib gəlib. Çempionşipin lideri xalını 87-ə yüksəldib və mövsümün son 7 turunun nəticəsindən asılı olmayaraq yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb.

Qeyd edək ki, "Bernli" son dəfə 2021/22 mövsümündə yüksək liqada oynayıb və 18-ci yeri tutaraq aşağı diviziona düşüb.

Milli.Az