Ukrayna Nazirlər Kabineti 50 il müddətinə Suriya qarşı sanksiyaların tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat yayıb.
"Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab - ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiq edilməsini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələr bir müddət bağlı qalacaq", - deyə o bildirib.
Milli.Az