Məşhur aktrisa ilk qazancını nəyə xərclədiyini AÇIQLADI

8 Aprel 2023 10:44

Hollivud ulduzu Cenifer Eniston ilk qazancını köhnə bir avtomobilə xərcləməsindən danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o bildirib ki, "Dostlar" serialında çəkildikdən sonra 13 min dollara "Mercedes-Benz 280SL" alıbmış. Bir neçə dəfə səfər etdikdən sonra  avtomobil sınıb və Eniston onu 2 il ərzində hətta ucuz qiymətə də sata bilməyib.

Bu barədə verdiyi müsahibədə danışan aktrisa "Bu 25 yaşlı qızın səhvi idi. Mən heç bilmirdim ki, avtomobil alarkən onu sürüb yoxlamaq lazımdır", - deyib.

Milli.Az