Balıq? İnsan üzü? Qadın silueti?.. - Qırmızı Planetin səthindən təsvirlər heyrətə gətirir - FOTO

9 Aprel 2023 02:36

NASA Marsın interaktiv xəritəsini istifadəyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmos İdarəsinin Qırmızı Planet Proqramının saytında məlumat verilib.

Bildirilir ki, "Global CTX Mosaic of Mars" vahid təsvir kimi görünsə də, əslində 110 000 fərqli şəkildən ibarətdir. Onların hamısı "Mars Reconnaissance Orbiter" (MRO) planetlərarası stansiyası tərəfindən 6 il ərzində çəkilib.

Xəritəni izləyərkən Qırmızı Planetin səthində indiyə qədər görünmüş ən qeyri-adi obyektlərin fotoları isə hər kəsdə xüsusi marağa səbəb olub.

Milli.Az