Alen Delonun kolleksiyasındakı əsərlər hərraca çıxarılacaq

8 Aprel 2023 12:56

İyunun 22-də Parisdə fransız aktyoru Alen Delonun kolleksiyasından olan 80-dən çox sənət əsərinin satılacağı hərrac keçiriləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hərracın dəyəri 4-5 milyon avro arasında qiymətləndirilir.

Kolleksiyaya 19-cu əsrin fransız rəssamlarının əsərləri və İtaliya İntibah dövrünə aid heykəllər daxildir.

Delonun sözlərinə görə, o, bu kolleksiyanı təxminən 60 il toplayıb.

Milli.Az