Ukraynanın əks-hücumu üçün Kanadaya gedir

7 Aprel 2023 22:53

Ukraynanın əks-hücumu üçün döyüş sursatları və zirehli maşınlar istəmək məqsədi ilə Kanadaya gedəcəyəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"İndi bizə ağır zirehli maşınlar, daha çox artilleriya mərmiləri lazımdır: haubitsalar və tanklar üçün döyüş sursatı... Bu, bizim əks-hücumumuzun təşkili üçün son dərəcə vacibdir", - Şmıqal deyib.

Milli.Az