Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi

7 Aprel 2023 21:42

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, sözügedən vəzifə Pərvin Hüseynəliyevaya həvalə edilib.

Qeyd edək ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Günay Quluzadə bir müddət əvvəl vəzifəsindən ayrılaraq Respublika Klinik Xəstəxanasının direktorunun köməkçisi təyin edilmişdi.

Milli.Az