Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Şuranın üzvləri sırasına Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə edilib.
Milli.Az