Məşhur musiqiçiyə xərçəng diaqnozu qoyuldu - FOTO

7 Aprel 2023 07:48

Məşhur türkiyəli klarnet ifaçısı Hüsnü Şenlendiriciyə bağırsaq xərçəngi diaqnozu qoyulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı sənətçi özəl xəstəxanada əməliyyat olunub. Bağırsağının 11 sm-i çıxarılan musiqiçi bir həftə həkim nəzarətində qalacaq.

Klarnet ifaçısının vəziyyətinin yaxşı olduğu deyilir.

Milli.Az