Generalın polis qardaşı vəfat etdi - FOTO

6 Aprel 2023 10:52

Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, son olaraq Xətai Rayon Polis İdarəsində bölmə rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Aydın Musayev vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Bakı şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, A.Musayev DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, hazırda DSX-də çalışan general Hafiz Musayevin qardaşıdır.

Milli.Az