Türkiyədə sürücü mikroavtobusu piyadaların üzərinə sürdü: Ölən və yaralılar var - FOTO

6 Aprel 2023 15:25

Türkiyənin Adana şəhərində sürücü mikroavtobusu piyadaların üzərinə sürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəxsiyyəti müəyyən edilməyən sürücü mikroavtobusla bulvarda dayanacaqdakı şəxsləri vurub.

Həmin vaxt dayanacaqda olan 71 yaşlı Halil Çiftçi həyatını itirib, 7 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Milli.Az