Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirib

6 Aprel 2023 07:57

Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 3 silahlısını zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilib.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz əzm və qətiyyətlə terror yuvalarını məhv etməyə davam edir. "Sülh çeşməsi" anti-terror əməliyyatı bölgəsində üç PKK terrorçusu zərərsizləşdirilib", - deyə qeyd olunub.

Milli.Az