Biz Ukraynaya görə utanmırıq - Berlindən təkzib

6 Aprel 2023 07:36

Almaniyanın vitse-kansleri Robert Habekin Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı səsləndirdiyi fikirlər kansler Olaf Şoltsun mövqeyini əks etdirmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Heberştrayt deyib.

O, Almaniya hökumətinin Ukraynaya hərbi yardımı ilə bağlı 3 prinsipi sadalayıb:

"Birinci - Ukraynanı mümkün olduğu qədər güclü dəstəkləmək, ikincisi - NATO - Rusiya birbaşa qarşıdurmasından qaçmaq, üçüncüsü, təkbaşına milli səviyyədə olan heç bir qərar qəbul edilməməsi".

Milli.Az