Rus qoşunları dirənir: Ukrayna ordusu imkan vermir

6 Aprel 2023 07:26

Baxmutda hərbi əməliyyatlar davam edir, ruslar qala şəhərinin mərkəzi hissəsinə daxil olmağa çalışırlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets bildirib.

"Döyüş əməliyyatlarının dinamikası bir neçə gündür ki, ardıcıl olaraq dəyişməyib. Əsgərlərimizin maddi-texniki təminatı kifayət qədər səmərəli işləyir, bu da düşmənə daha da irəliləməyə imkan vermir", - ekspert söyləyib.

Zquretsin sözlərinə görə, Avdeyevka ərazisində də vəziyyət oxşardır. Orada ruslar mühasirə modelini həyata keçirməyə çalışdılar.

Milli.Az