İranlı rejissor intihar etdi

5 Aprel 2023 23:35

İranlı kinorejissor və ssenarist Kyumars Purahmad intihar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb. 

Hazırda 73 yaşlı rejissorun meyiti araşdırma aparılması üçün həkim-ekspertizaya təhvil verilib. Onun hansı səbəbdən intihar etdiyi isə bəlli deyil.

Qeyd edək ki, K.Purahmad "Gecə avtobusu", "İkiqat lotereya", "Mənim ayaqqabım haradadır?", "Fayl açıqdır" kimi filmlərə rejissorluq edib.

Milli.Az