İlham Əliyev Emoməli Rəhmonu Azərbaycana səfərə dəvət edib

5 Aprel 2023 20:38

Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında söyləyib.

Tacikistanlı həmkarı Emoməli Rəhmonu Azərbaycana səfərə dəvət edən dövlətimizin başçısı deyib: "Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq".

Milli.Az