“Top model Azerbaijan”ın rəhbəri kastinq elan etdi

5 Aprel 2023 16:58

"Top model Azerbaijan"ın rəhbəri Əli Rzayev model üzrə kastinq elan edib. 

Kastinq 9 aprel tarixində saat 14:00-da paytaxtın dəbdəbəli məkanların birində keçiriləcək. Müsabiqədə 16-32 yaş arasında xanımlar və bəylər iştirak edəcəklər. 

Öz yaraşığına güvənən bəylər, gözəlliyinə güvənən xanımlar qeydiyyatdan keçib kastinqdə iştirak edə bilər.

Milli.Az