Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

5 Aprel 2023 12:42

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, V.Hüseynova şiddətli töhmət verilmişdi.

Milli.Az