İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib - VİDEO - FOTO

5 Aprel 2023 12:20

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin "Dusti" meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Milli.Az