Bir il tamam oldu, işindən ayrıldı

5 Aprel 2023 09:44

Vüsalə Səid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki (RİNN) vəzifəsindən ayrılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

"5 aprel 2023-cü ildən etibarən öz istəyimlə tutduğum vəzifədən (nazirliyin rəqəmsallaşma sahəsində "AzInTelekom"MMC, " Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ictimaiyyətlə əlaqələr üzrə meneceri ) ayrılıram. Bu 1 il ərzində sizin dəstəyinizlə mənə göstərilən etimadı doğrultmağa çalışmışam",- o qeyd edib.

Qeyd edək ki, V.Səid bir il əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat almışdı.

Milli.Az