ABŞ tezliklə Ukrayna ordusuna “Abrams” ilə təlim keçəcək

5 Aprel 2023 18:00

ABŞ Müdafiə Nazirliyi tezliklə Ukrayna hərbçilərinə "M1A1 Abrams" tanklarından döyüşlərdə istifadə etmək üçün təlimlərə başlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib.

Pentaqonun sözçüsü bildirib ki, nazirlik lazımi avadanlığın əldə edilməsi üçün işləri davam etdirdiyinə görə hazırlıqlar hələ başlamayıb. Ukrayna Silahlı Qüvvələrinin təliminə yaxın vaxtlarda başlanacağı gözlənilir.

Milli.Az