Dua Lipa “Barbi” filminə çəkilir - FOTO

5 Aprel 2023 19:00

Qreta Qerviqin rejissoru olduğu "Barbi" romantik komediyasında müğənni Dua Lipa da rol alacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq filmin yeni afişaları buraxılıb. Onun premyerası iyul 21-də baş tutacaq.

Qeyd edək ki, filmdə baş rolları Marqo Robbi və Rayan Qoslinq ifa edəcəklər.

Filmdə həmçinin 77 yaşlı aktrisa Helen Mirren, eləcə də Emma Makkey çəkiliblər.

Milli.Az