Vaxtilə türklərin yaşadığı Anapada antik şəhərin qalıqları tapıldı - FOTO

5 Aprel 2023 20:00

Rusiyanın Anapa şəhərində "Motılyok" sanatoriyasının ərazisində arxeoloji tədqiqat aparılıb və antik Qorqippiya şəhərinin bir hissəsi aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Osmanlı İmperiyası dövründə "Motılyok"un yerində kazarma olub. 1828-ci ildə şəhər rus qoşunlarına təslim olduqdan sonra bu yerdə qadın monastırı yaradılıb. 1837-ci ildə binaya dəniz xəstəxanası yerləşdirilib. Daha sonra burada ticarət evi, vətəndaş müharibəsi zamanı isə Qırmızı Ordu alayının qərargahı yerləşib. 1932-ci ildə indiki "Motılyok"un ərazisində "Krasnaya Zvezda" sanatoriyası açılıb, lakin faşistlərin şəhərin işğalı illərində bina dağıdılıb. "Motılyok"un tarixi 1965-ci ildən başlayır.

Qeyd edək ki, Anapa - müasir Krasnodar diyarında liman şəhəridir, Qara dənizin şimal-qərb sahilində yerləşir. 1475-ci ildə güclü türk hərbi qalası kimi məşhur olub. Tarixən ilk adı Buğurqala (Buğur çayı üzərində salındığına görə) olub.

Milli.Az