Rusiya Qara dənizdə gəmi sayını artırıb

5 Aprel 2023 08:15

Rusiya Federasiyasının silahlı qüvvələri Qara dənizdəki gəmi qruplaşmasını 15 vahidə çatdırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Cənub" Əməliyyat Komandanlığının "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Cənub-şərq istiqamətində düşmən aviasiyasının fəaliyyəti fonunda Qara dənizdə gəmi qruplaşmasının 15 vahidə, o cümlədən 2-si su altında olan 6 raketdaşıyıcıya çatdırılması son dərəcə yüksək raket təhlükəsindən xəbər verir", məlumatda deyilir.

Milli.Az