Almaniya Ukraynadan üzr istədi: Utanc hissi keçiririk!

4 Aprel 2023 23:32

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek ölkəsinin Ukraynaya silah tədarükünü ləngitməsi səbəbindən prezident Vladimir Zelenskidən üzr istəyib və buna görə utanc hissi keçirdiyini bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, R.Habek üzrxahlığını Zelenski ilə birgə Ukraynanın Çerniqov vilayətinə işgüzar səfəri zamanı dilə gətirib.

Almaniya rəsmisi Zelenski ilə 2021-ci ildəki görüşünü və onun mümkün müharibə ilə bağlı xəbərdarlığını xatırladıb.

Milli.Az