Kənd təsərrüfatı naziri vəzifəsinin icrası Sarvan Cəfərova həvalə edildi - SƏRƏNCAM

4 Aprel 2023 17:13

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.

Qeyd edək ki, İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin edilib.

Milli.Az