Paşinyanın oğlu: Mənə heç bir hücum olmayıb

4 Aprel 2023 12:40

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ona hücum olunduğu barədə yayılan məlumatları təkzib edib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, nə siyasi, nə də digər səbəbdən ona hücum edilmədiyini deyib.

Xatırladaq ki, Aşot Paşinyana hücum olunması barədə məlumatı dünən Ermənistan parlamentinin spikeri Alen Simonyan yaymışdı.

Milli.Az