Balıqçı qayığı batdı: İtkin düşən var - FOTO

4 Aprel 2023 20:18

Türkiyənin Bolu vilayətində balıqçı qayığı göldə batıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qayıqda olan iki nəfərdən biri üzərək sahilə çıxa bilib, digər şəxs isə itkin düşüb.

Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Bölgəyə gələn xilasetmə qruplarının göl sahilində axtarışları nəticə verməyib. Axtarışlar davam edir.

Milli.Az