Dəhşətli qəzada 5 nəfər öldü

4 Aprel 2023 08:43

Türkiyədə daş karxanasının işçilərinin olduğu avtomobil aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NTV məlumat yayıb. Karaman vilayətində avtomobil 20 metr yükəsklikdən dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə yerinə jandarma və sağlamlıq qrupları cəlb edilib.

Yaralı təcili yardımla Karaman Dövlət Xəstəxanasına aparılıb.

Milli.Az