Ukrayna savaşında ölən uşaqların sayı açıqlandı

4 Aprel 2023 06:26

Rusiyanın hərbi müdaxiləsinin başladığı vaxtdan Ukraynada azı 501 uşaq öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel məlumat verib.

Rassel bildirib ki, əsl rəqəm BMT-nin təsdiq etdiyindən xeyli yüksəkdir.

UNICEF-in icraçı direktoru əlavə edib ki, hərbi əməliyyatlar zamanı 1 000-ə yaxın ukraynalı uşaq yaralanıb.

Milli.Az