Tramp məhkəmə qarşısına çıxmaq üçün Nyu-Yorka gedib

4 Aprel 2023 07:00

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu-Yorka gedib, o çərşənbə axşamı burada məhkəmə qarşısına çıxacaq.

Trend xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Siyasətçi meqapolisə onun malikanəsi Mar-a-Laqonun yerləşdiyi Florida ştatından gəlib.

La-Quardia hava limanından sabiq prezidentin korteji siyasətçini qalacağı "Trump Tower" binasına çatdırıb. O, artıq "Trump Tower"dədi və gecəni burada keçirəcək.

Milli.Az