Dünya futbolunda nadir hadisə - FOTO

3 Aprel 2023 22:15

İtaliya futbolunda qeyri-adi hadisə baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İtaliyanın 9-cu divizionunun "Soker Stornara" - "Askoli Satriano" matçının (5:2) 70-ci dəqiqəsində meydan sahiblərindən 72 yaşlı futbolçu Sebastiano Posillipo "51" nömrə ilə oyuna daxil olub. O, forma nömrəsini anadan olduğu 1951-ci ilə uyğun olaraq seçib.

Daha bir maraqlı fakt Posilliponun "Soker Stornara"nın prezidenti olmasıdır.

Milli.Az