Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb

3 Aprel 2023 21:41

Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə işgüzar səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

Zelenski və Peyçinoviç-Buriç Çerniqov yaxınlığındakı Yaqodnoe kəndinə baş çəkiblər və dağıntıları izləyiblər.

Milli.Az