Dünya Ticarət Mərkəzinə ildırım düşdü - anbaan VİDEO

3 Aprel 2023 16:23

ABŞ şəhərlərində bir neçə gündür pis hava şəraiti davam edir. Tornadolar, tufanlar və güclü küləklər ayrı-ayrı ştatların sakinlərini vurub.

Milli.Az xəbər verir ki, bu dəfə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə ildırım düşüb.

Nyu Cersi ştatının Hovell şəhərinin sakinlərini isə qasırğa qorxudub. Şəhərdə elektrik kəsilib, dağıntılar var.

Ümumilikdə bir gündə ABŞ-da 50-dən çox tornado qeydə alınıb. (publika)

Milli.Az