Yenidən ana olmağa hazırlaşan müğənni Rihanna sosial şəbəkədə oğlu ilə nadir videosunu paylaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi adı hələ də gizli saxlanılan uşağın onu məşqə buraxmamasından şikayətlənib.
Səhnə ulduzu paylaşımını "Görün anasının məşq etməsini kim istəmir", yazaraq şərh edib.
Qeyd edək ki, Rihannanın 2022-ci ilin may ayında məşhur reper A$AP Rocky-dən ilk övladı dünyaya gəlib.
Milli.Az