"Milan" "Napoli"ni darmadağın etdi - VİDEO

3 Aprel 2023 06:27

İtaliya A seriyasında 28-ci turun mərkəzi oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  "Napoli" evdə "Milan"la qarşılaşıb. Matç qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Napoli" - "Milan" - 0:4
Qollar: Leao, 17, 59, Dias, 25, Saelemaekers, 67

Qeyd edək ki, bu nəticədən sonra lider "Napoli" 71 xalda qalıb. "Milan" 51 xalla  4-cü pillədən 3-cü pilləyə yüksəlib. "Latsio" 55 xalla 2-cidir.

Milli.Az