Nüvə silahı qərb sərhədində yerləşdiriləcək - Səfir

2 Aprel 2023 22:42

Belarusdakı taktiki nüvə silahları İttifaq dövlətinin (Rusiya və Belarus) qərb sərhədlərinə daha yaxın yerləşdiriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov deyib.

Diplomat xatırladıb ki, iyulun 1-dək ölkədə bu tip silahlar üçün anbar hazırlanacaq.

"O (nüvə silahı - red.) bizim birlik dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - Qrızlov vurğulayıb.

Milli.Az