İçəri Şəhərdə “Meydan Bazarı” müjdəsi
14 May 2010 19:57
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi "Meydan Bazarı" 15-16 may tarixlərində, saat 11.00-dan 19.00-dək keçiriləcəkdir. "Meydan Bazarı" üçün artıq ənənə halını almış tədbirlər proqramı daha da zənginləşdirilmiş, müxtəlif yaşlı insanların zövqləri nəzərə alınıb.
"Meydan Bazarı" mədəniyyətimizin və tariximizin təbliği, milli tətbiqi sənətin dəstəklənməsi və sənətkarlara öz məhsullarının sərgisini keçirməsi, həmçinin İçəri Şəhər qonaqlarının asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilir. Layihə çərçivəsində əyləncəli tədbirlər, konsert və yarmarka Qoşa Qala Qapıları Meydanında olacaq.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhərimizin sakinlərini və çoxsaylı qonaqlarını "Meydan Bazarı"nda iştirak etməyə, bütün gözəlllikləri öz gözləri ilə görməyə dəvət edir.
Milli.Az