Doğukandan eşq iddialarına cavab

2 Aprel 2023 17:31

"Kızılcık şerbeti"nin baş rol aktyoru Doğukan Güngör həmkarı Sıla Türkoğlu ilə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı "Eşq yaşayırsınız" sualına belə cavab verib:

"Yox, bu işin bizim Sıla ilə tanış olmağımıza vəsilə olması, mənim üçün bu layihədə varlığı qədər önəmlidir. Hər kəs sıla kimi birinin ətrafında olmasını istəyər".

Qeyd edək ki, cütlük serialda ər-arvad obrazına həyat verir.

Milli.Az