ABŞ-da tornado nəticəsində 18 nəfər ölüb

1 Aprel 2023 23:40

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı yenidən artıb.

Milli.Az APA-ya istinadən xəbər veri ki, bu barədə "Associated Press" məlumat yayıb.

Yeddi ştatı vuran təbiət hadisəsi 18 nəfərin ölümünə səbəb olub.

Ölüm hallarının əksəriyyəti Arkanzas, İndiana və Tennessi ştatlarında baş verib.

30 mindən çox insan işıqsız qalıb.

Milli.Az