Zelenski Makronla telefon danışığı aparıb

1 Aprel 2023 23:25

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bir saatlıq danışıq zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığı ətraflı müzakirə ediblər.

Zelenski Makrona cəbhədəki vəziyyətlə bağlı məlumat verib.

Milli.Az