Şahin Bağırov rəisi buna görə İŞDƏN ÇIXARTDI

1 Aprel 2023 22:54

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rafiq Cəlal oğlu Fətullayev nöqsanlara görə işdən azad edilib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK-nin sədri Şahin Bağırov əmr imzalayıb.

R. Fətullayevin müavininə və tabeliyində olan bəzi işçilərə isə töhmət verilib.

Milli.Az