Mehriban Zəki xəstəxanadan evə buraxıldı - YENİLƏNİB

1 Aprel 2023 16:46

16:46

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: "Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

-------

14:48

Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı xəbər var.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev "MTV xəbər"ə danışıb. Dublyaj aktyoru Zəkinin vəziyyətinin yaxşı olduğunu söyləyib:

"Hər gün danışırıq, səhhəti ilə bağlı maraqlanırıq. Durumu yaxşılaşmağa doğru gedir. Tam sağalana kimi hospitalda qalacaq. Dilarə ilə danışırlar, bir-birlərinə dəstək olurlar. O, güclü xanımdır, tezliklə mənəvi cəhətdən toxtaqlıq tapacağına inanıram".

Milli.Az