Erməni əsgərlər sərhəddə bir-birini güllələdi: Ölən və yaralanan var - Kuryoz HADİSƏ

1 Aprel 2023 11:20

Ermənistanın Azərbaycanla sərhəddində hərbi qulluqçular bir-birinə atəş açıb.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, hava şəraitinin kəskin pozulması nəticəsində sərhəddəki erməni hərbçilər bir-birini azərbaycanlı zənn edərək atəş açıblar.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə isə bu anlaşılmazlıq nəticəsində 1 erməni hərbçi ölüb, 1-i isə yaralanıb.

Təhməz Əsədov
Milli.Az