Hollivud ulduzu gizlicə evlənib - FOTO

1 Aprel 2023 11:12

Hollivud ulduzu Cona Hill ata olmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 39 yaşlı yumor ustasının sevgilisi Oliviya Milladan ilk övladı dünyaya gələcək.

Bu yaxınlarda paparatsilərin hədəfinə tuş gələn Oliviyanın hamiləlik geyimində olmasıyla yanaşı barmağındakı üzük də diqqət çəkib.

Yayılan fotolardan sonra cütlüyün gizlicə ailə qurması da üzə çıxıb.

Milli.Az