Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqlədi

1 Aprel 2023 13:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar "Rəsmi Qazete"də yayımlanıb.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.

Finlandiya bundan əvvəl NATO üzvü olan 29 ölkədən təsdiq almışdı.

Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək.

Milli.Az